Logo
    Android üçün olan 17.000 məşhur tətbiq istifadəçi məlumatlarının yığılması ilə məşğul olur

    Android üçün olan 17.000 məşhur tətbiq istifadəçi məlumatlarının yığılması ilə məşğul olur

      Kompüter elmləri üzrə beynəlxalq institutun tədqiqatçıları müəyyən ediblər ki, Android əməliyyat sistemi üçün olan 17.000 məşhur tətbiq identifikasiya edilmiş məlumatları toplayır. Bu barədə Cnet saytı xəbər verib. Məlumatda qeyd olunub ki, Google şirkəti tətbiq tərtibatçılarına reklam identifikatorlarını (hər bir smartfon üçün unikal olan nömrə) yığmağa icazə verir. Bununla yanaşı şirkətlər tətbiq tərtibatçılarına identifikatorların, istifadəçilərin özəl məlumatları ilə əlaqələndirilməməsi şərtinin qoyulmasını məsləhət görür.
      Lakin tədqiqatçılar aşkar ediblər ki, onların tədqiq etdikləri həmin 17.000 ədəd tətbiqin yalnız 1/3 hissəsi sadəcə olaraq reklam identifikatorlarını əldə edirlər. Yerdə qalan tətbiqlər isə Android cihazlarda olan digər identifikatorlardan məlumatları əldə edirlər. Bununla belə həmin identifikatorları he cürə dəyişmək mümkün deyil. İstifadəçi məlumatlarını daha çox əldə edən tətbiqlər siyahısında Angry Birds Classic, Audiobooks, Flipboard var. Google şirkətinin təmsilçisi qeyd edib ki, onlar həmin tətbiqləri yoxlayacaqlar və əgər həmin tətbiqlərin həqiqətən də istifadəçi məlumatlarının yığılması ilə məşğul olduğu aşkar edilsə, həmin tətbiqlər Play Market-dən silinəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Android üçün olan 17.000 məşhur tətbiq istifadəçi məlumatlarının yığılması ilə məşğul olur