Android üçün olan yeni virus bank zənglərini izləyir
Elm & Texnologiya
19.03.2018
Farid Pardashunas
Symantec şirkətinin kibertəhlükəsizlik
üzrə mütəxəssisləri Android əməliyyat sistemli cihazlara yönəlik Fakebank
virusunun yeni versiyasını aşkar ediblər. Bu virusun fərqləndirici üsulu pul vəsaitlərinin
oğurlanması üsuludur. Hackerlər bu virus sayəsində istifadəçilərin banklarla
olan telefon danışıqlarını izləyərək vacib məlumatları əldə edə bilirlər. Daha
əvvəllər Fakebank virusu SMS-ləri və bankdan olan telefon zənglərini izləyə
bilir və özünü mobil bankinq üçün nəzərdə tutulmuş tətbiq kimi təqdim edə
bilirdi. Virusun təkmilləşdirilmiş versiyası isə həm daxil olan həm də gedən zəngləri
təyin edə bilir. Bu virus bu cür çalışır:
Gedən zənglər halında: İstifadəçi
bankın real nömrəsini yığdığı zaman Fakebank idarəetməni öz üzərinə götürür və zəngi
hackerin nömrəsinə ötürür. Bu zaman virus istifadəçinin smartfon ekranında real
bank nömrəsini görməsi üçün saxta interfeys yerləşdirir.
Daxil olan zənglər halında: Hackerdən
zang daxil olan zaman istifadəçinin bank nömrəni görməsi üçün virus saxta
interfeys yaradır.
Bu vasitə ilə hackerlər kart nömrələri
və onlara olan təhlükəsizlik şifrələri kimi vacib məlumatları əldə edə bilirlər.
Fakebank virusu rəsmi olan kanallar vasitəsilə adi tətbiq şəklində yayılır. Bu
cür dələduzluqların qurbanı olmamaq üçün yalnız təsdiqlənmiş mənbələrdən tətbiq
yükləmək və həmin tətbiqlərin tələb etdikləri sorğulara diqqət yetirmək
lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)