Logo
    main-post-cover

    Android\'də "Nearby" dövrü başlayır

     
     
    Google, "Nearby" adını verdiyi xüsusiyyət sayəsində Android'ə yeni bir bacarıq daha qazandırır.

    Google tətbiq bazarına hərəkət gətirəcək bir yenilik edir. Olduğunuz yerə görə, məkan əsaslı bir xidmət olan Nearby'ni təqdim edən Google, bu xidmət ilə ətrafınızda istifadə olunan tətbiqlərdən xəbərdar olmağınıza şərait yaradacaq. Xeyr, ətrafınızda istifadə olunan deyərkən digər istifadəçilərin istifadə etdikləri tətbiqləri nəzərdə tutmuruq. Məsələn bir qəhvə dükanının yanındasınız və o dükanın öz tətbiqi varsa, bu tətbiqin bildirişini sizə göndərən Nearby xidməti, beləcə ətrafınızda istifadə olunan‚ işinizə yarayacaq tətbiqləri dərhal telefonunuza gətirir.
     
    Android'də "Nearby" dövrü başlayır


    Google'nin rəsmi Android blogunda nəşr olunan xəbərdə bəhs edilən Nearby xidməti, Bluetooth və GPS vasitəsilə işləyir. Bu servislər aktiv olduqda arxa planda məkan əsaslı axtarış edən Nearby, tapdığı tətbiqləri sizə bildiriş olaraq göndərir. Bu bildirişə daxil olduqda, həmin tətbiqin Google Play Store səhifəsinə yönləndirilirsiniz.
     
    Android'də "Nearby" dövrü başlayır


    Google, səhifəsində Nearby'nin necə işlədiyini bir neçə nümunə ilə açıqlayıb. Bir aptekin qarşısından keçərkən onunla əlaqədar tətbiqi sizə bildirən Nearby, həmçinin bir muzeyin qarşısından keçərkən də o muzey ilə əlaqədar məlumat paylaşan bir tətbiq varsa, telefonunuzun ekranına onu gətirəcək. Bu xüsusiyyət işə yarayan bir çox tətbiq qazanmağınıza imkan yaratsa da‚ digər tərəfdən bildirişlərin çoxluğu insanları bezdirə bilər.
     
     
    Paylaş
    Bənzər xəbərlər