
Anonymous-un ən vacib xakerlərindən biri həbs edildi
Elm & Texnologiya
07.05.2017
Farid
Dünyanın ən məhşur və ən güclü xaker qruplarından olan Anonymous, başda Amerika olmaqla bir çox ölkələrin Kiber-mühafizə orqanlarını narahat edən bir qrupdur. Etdiyi hücumlarla dövlət idarələrinin məlumatlarını oğrayan xaker qrupu, keçən günlərdə NASA-ya da kiber hücum etməyi bacarmışdı. Anonymous-un xaker hücumlarından bezən və qrupun üzvlərini həbs etmək üçün illərdir tər tökən FBİ, Anonymous-un vacib üzvlərindən birini həbs edə bilib.
FBİ-nin verdiyi açıqlamaya görə, Anonymous-un ən yaxşı xakerlərindən olan Martin Gottesfeld həbs edilib. Müxtəlif kiber-hücumlarda əli olan Martin, "#OpJustina" adlı əməliyyatdan sonra FBİ-nin axtarışda olanlar siyahısının birinci yerinə çıxmağı bacarıb. Bu əməliyyatın videosunu YouTube-də paylaşan və yerini FBİ-ə bildirən Martin, etdiyi səhvə sonradan fikir verib və qaçmağa çalışıb. 2014-cü il yüklənən video, FBİ-nin bir ünvan tapması ilə başladı. Axtarışı 2 il davam etdirən FBİ, bir neçə gün əvvəl Martin-in evini tapmağı bacarıb. Amma bu nəticə verməyib. Əməliyyat keçirilən zaman Martin və onun həyat yoldaşı evdə olmayıb. Güman edilir ki, onlar qaçıblar.

Axtarışı davam etdirən FBİ, 31 yaşlı Martini Miami-də ələ keçirib. FBİ-nin verdiyi açıqlamaya görə Martin, ələ keçirildiyi vaxt gəmiyə minirmiş. Martinin yanında olan noutbuk və bəzi şeylərə görə onun gəmiyə minməyi əngəllənib. FBİ-nin liman işçiləri tərəfindən xəbərdarlıq edilməsindən sonra Martin həbs edilib.
Bəzi xəbər saytlarının dediyinə görə Martinin tutulmağı Anonymous-un sonunu gətirə bilər, çünki qrupun ən mühüm üzvlərindən biri olan Martinin digər xakerlər haqqında çox şey bildiyi qəbul edilir. Sorğudan sonra Martinin nə kimi məlumatlara sahib olduğunu görəcəyik. Görəsən bu vəziyyət Anonymousa necə təsir edəcək ?
Paylaş
Bənzər xəbərlər