main-post-cover

    AnTuTu-da rekord xal toplamış OnePlus 6 haqqında yeni məlumatlar var

    Elm & Texnologiya
    14.03.2018
    Farid Pardashunas
    XDA saytının tərtibatçılarının yeni məlumatları OnePlus 6 smartfonunda iPhone X-dəki kimi ekran üzərində kiçik çıxıntının olacağı ehtimalını təsdiqləyir.
        Bir neçə müddət bundan öncə isə internetə yeni smartfonun fotoları sızdırılmışdı. OxygenOS əməliyyat sisteminin kodunda həmçinin aşkar edilib ki, OnePlus 6-nın kod adı Enchilada-dır. Smartfon ekranında iPhone X-dəki kimi kiçik çıxıntının olacağı da bir neçə müddət bundan öncə AnTuTu-da paylaşılmış fotonun real olduğunu təsdiqləyir.

        Güman olunur ki, smartfon 19:9 nisbətində ekrana sahib olacaq. Fotolardan belə qənaətə gəlmək olar ki, OnePlus 6 şüşədən hazırlanmış korpus ilə təchiz olunacaq. Bu isə o deməkdir ki, cihaz naqilsiz şarj özəlliyini dəstəkləyə bilər. Lakin qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət naqilsiz şarj özəlliyini dəstəkləmədiyini bildirmişdi.

        Bundan əlavə olaraq fotoda həmçinin ikili arxa kameranı və barmaq izi skanı texnologiyasını görmək olar. Smartfon Snapdragon 845 prosessoru ilə təchiz olunacaq. Bu prosessor sayəsində OnePlus 6 AnTuTu testindən ən yüksək xal ilə (276.510 xal) keçib. Məlumata əsasən smartfon iki variantda satışa çıxacaq: 6 GB RAM + 64 GB daxili yaddaş və 8 GB RAM + 128 GB daxili yaddaş. Şirkətin CEO-su bu ilin əvvəlində qeyd etmişdi ki, yeni smartfon 2018-ci ilin ikinci rübündə, yəni təqribi olaraq İyun ayında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər