
AnTuTu ən performanslı Apple cihazlarının yenilənmiş reytinqini təqdim edib
Elm & Texnologiya
24.08.2023
Emil
AnTuTu bençmarkı ən performanslı Apple cihazlarının yenilənmiş reytinqini təqdim edib. Hər ay dəyişikliyə məruz qalan Android cihazlar reytinqindən fərqli olaraq Apple cihazları halında dəyişikliklər nadir hallarda baş verir. Bu isə şirkətin yeni məhsullarının mütəmadi şəkildə satışa çıxmaması ilə bağlıdır. Beləliklə yenilənmiş reytinqə 10 cihaz daxil olub. Reytinqin birinci beşliyi Apple planşetlərini, ikinci beşliyi isə smartfonlarını əhatə edir. Beləliklə ən performanslı Apple cihazları reytiniqinin ilk beşliyi belədir.
iPad Pro 6 (12.9 düym ekran, M2 prosessoru, 8 GB RAM + 256 GB yaddaş), iPad Pro 6 (11 düym ekran, M2 prosessoru, 8 GB RAM + 128 GB yaddaş), iPad Pro 5 (12.9 düym ekran, M1 prosessoru, 8 GB RAM + 256 GB yaddaş), iPad Pro 5 (11 düym ekran, M1 prosessoru, 8 GB RAM + 128 GB yaddaş) və iPad Air 5 (M1 prosessoru, 8 GB RAM + 128 GB yaddaş). Reytinqin ikinci beşliyinə daxil olan cihazların sıralanması isə belədir. iPhone 14 Pro, iPhone 14 Pro Max, iPhone 13 Pro Max, iPhone 13 Pro və iPhone 14.
Paylaş
Bənzər xəbərlər