
App Store üçün tətbiq istehsalçıları ümumilikdə nə qədər gəlir əldə ediblər?
Elm & Texnologiya
07.05.2017
Farid
Technote.az-ın "gagadget.com" saytına istinadən verdiyi xəbərə əsasən Apple şirkətinin CEO-u Tim Cook öz rəsmi Twitter səhifəsində bildirib ki, App Store online mağazası üçün tətbiqlərin istehsalçıları artıq ümumilikdə 50 milyard dollar gəlir əldə ediblər.
Bundan əlavə olaraq iyul ayında App Store tətbiqlərin satış
və onlardan gələn gəlirlərin həmin tətbiqlərin istehsalçılarına verilməsi üzrə
rekorda imza atıb. Maraqlısı budur ki, online mağazada satılan hər bir tətbiqin
Apple üçün olan payı 30%-dir. Qeyd edək ki, bu rekorda müəyyən dərəcədə Pokemon
GO oyunu səbəb olub. 6 iyul tarixində bazara çıxarılmış Pokemon GO oyunu App
Store online mağazasının tarixində ABŞ ərazisində ən çox yüklənən və ən uğurlu
tətbiq hesab edilərək birinci yeri tutdu.
Paylaş
Bənzər xəbərlər