main-post-cover

    Apple 20 nüvəli yeni M1 Ultra prosessorunu təqdim edib

    Elm & Texnologiya
    08.03.2022
    Farid Pardashunas
        Apple şirkəti dünənki təqdimat tədbiri çərçivəsində Apple M1 prosessor seriyasının ən güclü modelini təqdim etdi. Söhbət, 20 nüvəli Apple M1 Ultra-dan gedir. Sözügedən prosessoru ilk əldə etmiş kompüter isə Mac Studio oldu. M1 Ultra-nın əsas fərqləndirici özəlliyi onun UltraFusion adlı arxitekturaya sahib olmasındadır. Onun sayəsində Apple şirkəti 2 ədəd M1 Max çipini bir böyük prosessorda birləşdirib. Bu, M1 Max-da saniyədə 2.5 TB sürətli ötürmə qabiliyyətinə sahib prosessorlararası birləşmə özəlliyi hesabına mümkün olub. Nəticədə M1 Ultra M1 Max-ın göstəricilərini iki dəfə yüksəldir.
        20 nüvəli M1 Ultra özündə 64 nüvəli GPU-nu 32 nüvəli neyron prosessorunu birləşdirir. UltraFusion arxitekturası yarımkeçirici alt təbəqə hesabına 2 prosessor kristalının birləşməsini təmin edir. Həmin alt təbəqədən isə 10.000-dən çox birləşmə keçir. Bunun hesabına Apple 114 milyard tranzistordan ibarət nəhəng vahid çip əldə edə bilib. Apple bildirib ki, M1 Ultra-nın performansı adi M1-dən 8 dəfə yüksəkdir. Bundan əlavə olaraq təqdimat zamanı Apple bildirib ki, Core i9-12900K ilə müqayisədə M1 Utra modeli eyni enerji sərfiyyatı rejimində 90% daha yüksək performansı təmin edir.
        M1 Ultra-nın ən yüksək enerji sərfiyyatı göstəricisi Intel prosessorları ilə müqayisədə 100 vatt daha aşağıdır. Prosessorun qrafik gücünə gəldikdə isə Apple şirkətinin verdiyi məlumata əsasən onun gücü GeForce RTX 3090-nın gücü ilə eynidir. M1 Ultra-nın yaddaşının ötürmə qabiliyyəti saniyədə 800 GB təşkil edir. Bundan əlavə olaraq prosessor 128 GB-a kimi RAM yaddaşını dəstəkləyir. Sözügedən prosessor ilk olaraq Mac Studio kompüterinə quraşdırılıb. Lakin heç istisna deyil ki, gələcək Mac Pro modelləri də bu prosessor ilə təchiz olunsunlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər