
"Apple" 2017-ci il iPhone-da vacib xüsusiyyətdən imtina edə bilər
Elm & Texnologiya
07.05.2017
Farid
Gələn ay "Apple”şirkəti güman olunan iPhone 7-ni təqdim edəcək. Lakin artıq indidən iPhone 8 modelində ola biləcək dəyişikliklər haqqında söhbətlər yayılır.
"Apple”ın planları ilə yaxından tanış olan bəzi adamların
sözlərinə görə şirkət artıq 2017-ci ildə təqdim olunacaq iPhone modelinin
dizaynı üzərində çalışır. Həmin model iPhone-da əsas diqqət smartfonun ekranına
yönələcək. Belə ki, 2017-ci il versiyalı cihazda şirkət "Home” düyməsindən
tamamilə imtina edə bilər. "Technote.az”ın "Bloomberg.com” saytına istinadən
verdiyi xəbərə əsasən daha əvvəllər də yayılmış məlumatlara görə "Home” düyməsinin
bütün özəllikləri ekrana inteqrasiya ediləcək. Bura həmçinin Touch ID barmaq
izi skanı da daxildir. Həmçinin bəzi məlumatlara əsasən iPhone 8 əyilmiş OLED
ekran, naqilsiz enerji yığma funksiyası və göz qişasının skanı ilə təchiz
olunacaq. Qeyd edək ki, 2017-ci ildə iPhone dizaynının tamamilə yenilənməsi
gözlənilir. Belə ki, gələn il cihazın 10 yaşı tamam olacaq.
Paylaş
Bənzər xəbərlər