main-post-cover

    Apple 2027-ci ilə qədər 9 cihazını OLED ekranla təmin edəcək

    Elm & Texnologiya
    20.11.2023
    Emil Nəcəfov
         Verilmiş yeni məlumata əsasən Apple şirkəti 2027-ci ilə qədər 9 məhsulunu OLED ekranlarla təmin etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, hal hazırda OLED ekranlar şirkətin Apple Watch smart saatlarında və iPhone (iPhone SE xaric) smartfonlarında istifadə edilir. Yeni məlumata inansaq, Apple artıq gələn il OLED ekranlara sahib olacaq iki ədəd iPad Pro planşetini təqdim edəcək. 2026-cı ildə isə iPad AiriPad mini planşetlərinin OLED ekranlarla təchiz olunacaqları gözlənilir.
         Məlumata əsasən 2027-ci ildə şirkət OLED ekran texnologiyasını 12.9 düym ekranlı iPad Air modelinə inteqrasiya edəcək. Çox güman ki, Apple iPad Pro-da LTPO texnologiyası vasitəsilə hazırlanmış OLED ekranları, iPad Air ilə iPad mini-də isə LTPS texnologiyası vasitəsilə hazırlanmış OLED ekranları istifadə edəcək. Bundan əlavə olaraq gözləntilərə əsasən 2025-ci ildə şirkət 16 düym ekranlı MacBook Pro-nu, 2026-cı ildə isə 14 düym ekranlı MacBook Pro-nu OLED ekran texnologiyasına köçürəcək. 13 15 düym ekranlı MacBook Air-in də OLED ekranlara məhz 2026-cı ildə sahib olacaqları güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple fərdi 5G modemini daha iki il təxirə salıb
    apple-ferdi-5g-modemini-daha-iki-il-texire-salib
    Apple iPhone 16 smartfonlarında soyutma sistemini yaxşılaşdıracaq
    apple-iphone-16-smartfonlarinda-soyutma-sistemini-yaxsilasdiracaq
    Növbəti iPhone SE-nin render fotoları tərtib edilib
    novbeti-iphone-se-nin-render-fotolari-tertib-edilib
    Apple zamanında Android smartfonlara bənzər iPhone üzərində çalışıbmış
    apple-zamaninda-android-smartfonlara-benzer-iphone-uzerinde-calisibmis
    Google Safaridəki reklam elanları gəlirlərinin 36%-ni Apple şirkətinə ödəyir
    google-safarideki-reklam-elanlari-gelirlerinin-36-ni-apple-sirketine-odeyir