Logo
    main-post-cover

    Apple 2027-ci ilə qədər bütün cihazlarını OLED ekranla təchiz edəcək

        Apple tədricən öz cihazlarında LCD ekranlardan OLED ekranlara keçid edir. Analitiklər əmindirlər ki, növbəti illərdə şirkət bu prosesi tamamilə yekunlaşdıracaq. Analitiklər bildiriblər ki, 2027-ci ilə qədər Apple maye kristallik mini-LED ekranlardan istifadəni dayandıracaq və onları OLED ekranlarla əvəz edəcək. Proqnozlara əsasən 2026-cı ildə şirkətin smartfonları, planşetləri, noutbukları və kompüterləri OLED ekranla təchiz olunacaqlar.
        Həmin vaxtda şirkətin maye kristallik ekrana sahib yeganə cihazı isə 10.9 düym ekranlı iPad planşeti olacaq. Məlumatda qeyd edilib ki, iPad Pro üçün nəzərdə tutulmuş 11 12.9 düym ekranların 2024-cü ildə mini-LED texnologiyasından hibrid OLED texnologiyaya keçid etmələrinin ehtimalı çox yüksəkdir. MacBook Pro üçün nəzərdə tutulmuş 14 16 düym-lük ekranlar isə hibrid OLED-ə 2026-cı ildə keçid edə bilərlər. Analitiklərin sözlərinə əsasən 2027-ci ildə 21 düym ekranlı iMac modelləri QD OLED-ə və ya WOLED-ə keçid edəcəklər.
    Paylaş
    Bənzər xəbərlər