main-post-cover

    Apple 2030-cu ildə AR funksiyalara sahib kontakt linzalar təqdim edəcək

    Elm & Texnologiya
    08.03.2021
    Emil Nəcəfov
        Apple şirkətinin məhsulları barəsində proqnozları ilə tanınan məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcək məhsulları ilə bağlı yeni hesabatı təqdim edib. Belə ki, analitik şirkətin AR VR cihazlarının nə zaman satışa çıxacaqlarından və o cümlədən smart kontakt linzalar layihəsindən danışıb. Onun sözlərinə əsasən Apple gələn il qarışıq reallıq cihazını satışa çıxardacaq və həmin cihaz həm AR həm də VR funksiyaları özündə birləşdirəcək.
        Analitik bildirib ki, gələn il satışa çıxacaq cihazın çəkisi hal hazırda aktual olan digər bu cür cihazların çəkilərindən daha yüngül olacaq. Cihazın çəkisinin 200 qram təşkil edəcəyi gözlənilir. Bununla yanaşı Apple şirkətinin qarışıq reallıq cihazı fərdi prosessor və daxili yaddaş həcminə sahib olacaq. Buna görə də o, digər smartonlarla uyğunlaşmayacaq. Növbəti mərhələdə Apple AR eynəkləri satışa çıxardacaq.
        Analitikin sözlərinə əsasən bu, 2025-ci ildən tez olmayacaq. Şirkətin AR eynəyinə Apple Car sisteminin inteqrasiya ediləcəyi gözlənilir. Analitik həmçinin qeyd edib ki, 2030-cu ildə şirkət artırılmış reallıq funksiyalarına sahib kontakt linzaları təqdim edəcək. Sözügedən linzalar iPhone ilə sinxronlaşdırılmış şəkildə çalışacaqlar. Məlumatda qeyd edilib ki, Apple belə bir cihazın hələ heç prototipinə sahib deyil. Buna görə də bu məhsul üzərində çalışmaq bir xeyli zaman alacaq.
    Linki kopyala