
"Apple", 300$ dəyərində "Designed by Apple in California" adlı kitabını satışa çıxarır
Elm & Texnologiya
07.05.2017
Farid
"Apple” özünün "Designed by Apple in California” adlı kitabının satışa çıxmasını anons etdi.
Bu kitabda şirkətin son 20 il ərzində
satışa çıxartdığı ən mühüm məhsullarının fotoları yer alıb. Bura 1998-ci ildə təqdim
olunmuş iMac-dən tutmuş Apple Pencil-ə qədər olan məhsullar daxildir. "Technote.az"ın "Apple"a istinadən verdiyi xəbərə əsasən kitabda məşhur
fotoqraf Andrew Zuckerman tərəfindən çəkilmiş 450 foto var. Kitabın əvvəlində "Apple”ın
baş dizayneri Jonathan Ive qeyd edib ki, bu kitab dizaynerlər komandası,
yaradıcılıq axtarışı və ya məhsul istehsalı haqqında deyil. "Kitab bizim
işimizi, bizim dəyərlərimizi, bizim nə uğrunda mübarizə apardığımızı və nəyə
nail olmaq istədiyimizi təsvir edir” – deyə Jonathan Ive qeyd edib. Müəlliflərin
sözlərinə görə bu kitab dizaynla bağlı bütün sahələrdə təhsil alan tələbələr
üçün yaxşı vəsait ola bilər. Pərəstişkarladan başqa kitab, 1998-ci ildə nəşr
edilmiş "Appledesign: The Work
of the Apple Industrial Design Group” kitabına sahib kolleksiyaçılara
mda maraqlı ola bilər. Həmin kitab şirkət məhsullarının 400 rəngli fotosundan
ibarət idi və qiyməti 30$ təşkil edirdi. Yeni kitab bir qədər baha olacaq. "Designed by Apple in California”böyük və kiçik ölçülərdə 300$-200$qiymətlərində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər