Logo
    main-post-cover

    Apple 7-ci nəsil iPad mini üzərində çalışır

        Apple ən son iPad mini planşetini 2021-ci ildə satışa çıxartmışdı. Söhbət, 6-cı nəsil iPad mini-dən gedir. İndi isə insayderlər bildiriblər ki, Apple 7-ci nəsil iPad mini üzərində çalışır. Onların sözlərinə əsasən şirkət 7-ci nəsil iPad mini planşetini bu ilin sonuna kimi satışa çıxaracaq. Təəssüflər olsun ki iPad mini 7-nin özəllikləri barəsində məlumat verilməyib. Lakin güman etmək olar ki, 7-ci nəsil iPad mini planşeti özündə yenilənmiş texniki göstəriciləri və hal hazırda aktual olan iPad mini 6-nın dizaynını birləşdirəcək. Çox güman ki, planşet yaxşılaşdırılmış ekran və yeni prosessor ilə təchiz olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple 7-ci nəsil iPad mini üzərində çalışır | Technote