main-post-cover

    'Apple'a işə düzəlmək üçün gizli sayt aşkarlanıb

    Elm & Texnologiya
    21.08.2017
    Farid Pardashunas

    Dünyanın ən böyük İT şirkətinə işə düzəlmək elə də asan iş deyil.

    Bunun üçün yaxşı bacarıqlara sahib və öz işinin professionalı olmaq lazımdır. Bir neçə müddət bundan öncə “Apple”ın, mütəxəssisləri işə götürmək üzrə fəaliyyət göstərən gizli saytı aşkar edilmişdi. Şifrələnmiş ismarıc, us-west-1.blobstore.apple.com ünvanında aşkar edilib. Sözügedən saytda şirkətin loqosunu və xüsusi ismarıcı görmək olub. Həmin ismarıcda deyilir: “Hamıya salam! Siz bizi tapdınız. Biz, “Apple” ekosisteminin ayrılmaz bir hissəsi olacaq infrastruktur üçün kritik vacib komponentləri hazırlayacaq istedadlı mühəndislər axtarırıq” – deyə ismarıcda qeyd olunmuşdu. Vəzifənin təsvirində deyilirdi ki, mühəndis, milyonlarla disklərin, 10 minlərlə serverlərin və ekzabayt (1 milyard GB-a bərabərdir) böyüklüyündə məlumatların çalışacağı infrastrukturu yaratmaq üzrə çalışacaq. Əgər saytda əks olunmuş məlumatlar müəyyən şəxsi qane edirsə, onda o öz CV-ni “Apple”a göndərə bilər. Qeyd etmək lazımdır ki, bu saytı internetdə aşkar etmək heç də asan deyil və bunu etmiş şəxs, şirkətin diqqətinə laiqdir. Aşkar edilmiş həmin saytdakı məlumatları şirkət artıq pozub və həmin sayta keçid edərkən, açılan səhifədə səhvlik aşkar edilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər