main-post-cover

    Apple A14 Bionic Geekbench-də Snapdragon 865+ ilə qarşı-qarşıya gəlib: Hansı daha güclüdür?

    Elm & Texnologiya
    03.10.2020
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə təqdim edilmiş iPad Air 4 planşet modeli 5 nanometrlik A14 Bionic prosessoru ilə təchiz olunur. Bu prosessor həmçinin təqdim olunacaq iPhone 12 seriyasının smartfonlarına da quraşdırılacaq. Daha öncədən bu prosessorun AnTuTu bençmark saytında testlərdən keçmişdi. Həmin testlər nəticəsində A14 Bionic modeli A13 Bionic ilə müqayisədə daha az performans yüksəlişi sərgiləmişdi. Lakin məlum olub ki, sözügedən prosessor Geekbench bençmark saytında daha diqqət çəkən nəticələr əldə edib.
        Bu barədə 4pda saytı xəbər verib. Məlum olub ki, A14 Bionic prosessoruna sahib olan iPad Air 4 modeli Geekbech 5 bençmarkının birnüvəli testində 1583 xal, çoxnüvəli testində isə 4198 xal toplayıb. Bununla yanaşı aparılmış testlər nəticəsində məlum olub ki, A14 Bİonic prosessoru 6 nüvəyə sahibdir, 2.99 GHz tezlikdə çalışır və onun daxilindəki RAM göstəricisi 4 GB-dır.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, maksimal 2.66 GHz tezlikdə çalışan A13 Bionic prosessoruna sahib keçən ilki iPhone 11 Pro Max modeli birnüvəli testdə 1330 xal, çoxnüvəli testdə isə 3400 xal toplayır. Burdan da belə nəticəyə gəlmək olar ki, yeni A14 Bionic-in performans yüksəlişi 20% təşkil edir. Qualcomm-un Snapdragon 865+ prosessoruna gəldikdə isə o, birnüvəli testdə 1000-dən bir qədər az xal, çoxnüvəli testdə isə 3500-ə yaxın xal toplayır. Qeyd etmək lazımdır ki, Snapdragon 865+ prosessoru 8 nüvəyə sahibdir. Beləliklə Apple şirkətinin mobil prosessoru bazarda lider olaraq qalır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər