Reklam
Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geridə qoyub

Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geridə qoyub

Texnologiya
16.09.2021 PAYLAŞIM

    Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya çıxıb. Mütəxəssislər artıq bu prosessoru digər şirkətlərin flaqman prosessorları və Apple şirkətinin keçən ilki A14 Bionic prosessoru ilə müqayisə ediblər. Nəticə isə ondan ibarətdir ki, yeni A15 Bionic qeyd edilmiş bütün mobil prosessorları geridə qoyub. Geekbench məlumatlarına əsasən Apple A15 Bionic prosessoru bençmarkın birnüvəli testində 1734 xal, çoxnüvəli testində isə 4818 xal toplayır. Prosessorun qrafik çipinin performans göstəricisi 14.216 xal kimi dəyərləndirilib.


    Bu isə keçən ilki A14 Bionic prosessorunun göstəricisindən 55% çoxdur. Bununla belə A15 Bionic-in mərkəzi prosessorunun hesablayıcı gücü keçən A14 Bionic-dəkini yalnız 10% üstələyir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 898-in təsdiq edilməmiş Geekbench nəticələrinə əsasən o, birnüvəli testdə 720 xal, çoxnüvəli testdə isə 1919 xal toplayıb. Samsung-un Exynos 2200 prosessoruna gəldikdə isə o, Geekbench-in birnüvəli testində 1073 xal, çoxnüvəli testində 3398 xal toplayıb. Heç istisna deyil ki, sözügedən prosessorların testləri zamanı onların final versiyalarından yox, mühəndis versiyalarından istifadə edilib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×