Apple A17 Bionic prosessorunun aqibəti necə oldu?

Apple A17 Bionic prosessorunun aqibəti necə oldu?

Texnologiya
14.09.2023 PAYLAŞIM

    1 il yarım bundan öncə OnePlus şirkəti yalnız OnePlus 10 Pro smartfonunu təqdim edən zaman bir çoxlarının ağıllarında sual yarandı ki, şirkət nəyə görə adi OnePlus 10 modelini təqdim etmədi? Kim bilə bilərdi ki, eyni hadisə həmçinin Apple tərəfində də baş verəcək. Qeyd etmək lazımdır ki, şirkətin yenicə təqdim etmiş olduğu iPhone 15 smartfon seriyasına daxil olan iPhone 15 Pro iPhone 15 Pro Max modelləri A17 Pro adlı 3 nanometrlik prosessor ilə təchiz olunublar.

    Burdan da belə bir məntiqli sual ortaya çıxır ki, A17 Bionic-in aqibəti necə oldu? Belə ki, iPhone 15 və iPhone 15 Plus modelləri keçən ilki A16 Bionic vasitəsilə çalışırlar. İnsayderlər bu məsələyə aydınlıq gətiriblər. Onların sözlərinə əsasən şirkət A17 Bionic prosessorunu ləğv etməyib. Şirkət sadəcə olaraq onu gələn il təqdim olunacaq iPhone 16 iPhone 16 Plus üçün saxlayıb. Çox güman ki, şirkət bunu adi iPhone modelləri ilə iPhone Pro modelləri arasında fərqin daha çox olması üçün edir.




DAHA ÇOX


Google Fitbit Charge 6 smart qolbağını təqdim edib - QİYMƏTİ

Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözüged..


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..

×