Apple A17 Bionic prosessorunun prototipi Geekbench testlərindən keçib

Apple A17 Bionic prosessorunun prototipi Geekbench testlərindən keçib

Texnologiya
13.03.2023 PAYLAŞIM

    Apple şirkəti bu ilin sentyabr ayında iPhone 15 smartfon seriyasını təqdim etməlidir. Son məlumatlara əsasən seriyaya daxil olacaq iPhone 15 Pro iPhone 15 Pro Max modelləri şirkətin A17 Bionic prosessoru ilə təchiz olunacaqlar. İndi isə sözügedən prosessorun prototipi Geekbench testlərindən keçib. İlkin test nəticələrindən belə qənaətə gəlmək olar ki, A17 Bionic prosessoru iPhone 15 Pro smartfonlarının performans göstəricilərini bir xeyli yüksəldəcək. Məlumata əsasən A17 Bionic TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. O özündə 6 nüvəli CPU-nu və 5 nüvəli GPU-nu birləşdirəcək. A17 Bionic-in prototipi Geekbench-in bir nüvəli testi çərçivəsində 3986 xal, çox nüvəli testi çərçivəsində isə 8841 xal toplayıb. Geekbench testlərindən A17 Bionic-in prototipinin keçməsinə baxmayaraq o, A16 Bionic prosessorunun Geekbench-in bir nüvəli testindəki göstəricisindən 59%, çox nüvəli testindəki göstəricisindən isə 43% daha sürətlidir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×