Apple A17 Pro prosessoru Geekbench testlərindən keçib

Apple A17 Pro prosessoru Geekbench testlərindən keçib

Texnologiya
14.09.2023 PAYLAŞIM

    Yenicə təqdim edilmiş iPhone 15 smartfon seriyasına daxil olan iPhone 15 Pro iPhone 15 Pro Max modellərinin əsas fərqləndirici özəllikləri ondan ibarətdir ki, onlar A17 Pro adlı prosessor vasitəsilə çalışırlar. Sözügedən prosessor mobil bazarın ilk 3 nanometrlik prosessorudur. Apple özü A17 Pro barəsində ətraflı məlumat verməsə də, Geekbench bençmarkı onun imkanlarını sərgiləyib. Belə ki, A17 Pro prosessoru Geekbench testlərindən keçib.


    Beləliklə məlum olub ki., A17 Pro-nun tərkibinə 6 nüvəli CPU daxil olub. Nüvələrdən ikisi yüksək performanslı, dördü isə enerji effektivliyi nüvələridir. Bununla belə yüksək performanslı nüvələr 3.78 GHz çalışma tezliyinə sahibdirlər. A17 Pro Geekbench-in bir nüvəli testi çərçivəsində 2908 xal, çox nüvəli testi çərçivəsində isə 7238 xal toplayıb. Nəticədə A16 Bionic prosessoru ilə müqayisədə A17 Pro-nun bir nüvəli performans göstəricisi 10%, çox nüvəli performans göstəricisi isə 4% yüksəlib. A17 Pro hətta son flaqman Android smartfonlardakı prosessorları belə üstələyir.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×