Logo
    Apple A17 Pro prosessorunun GPU-su Geekbench testindən keçib

    Apple A17 Pro prosessorunun GPU-su Geekbench testindən keçib

      Keçən həftə təqdim edilmiş iPhone 15 smartfon seriyasına daxil olan iPhone 15 Pro modellərinin fərqləndirici özəlliklərindən biri də onların A17 Pro adlı yeni prosessora sahib olmalarıdır. Smartfonların təqdimatları zamanı Apple sözügedən prosessoru olduqca təriflədi. Lakin görünür, A17 Pro prosessoru keçən ilki A16 Bionic-in sadəcə bir qədər yaxşılaşdırılmış versiyasıdır. Belə ki, yeni prosessorun GPU testi A17 Pro-da ciddi dəyişikliklərin olduqlarını göstərmir.
      Məlumata əsasən A17 Pro-nun GPU-su Geekbench testi çərçivəsində 27 158 xal toplayıb. Bəli, bu göstərici A16 Bionic-in sərgilədiyi göstəricidən 20% yüksəkdir. Qeyd etmək lazımdır ki, A16 Bionic-in GPU-su 5 nüvəli olduğu halda A17 Pro-nun GPU-su 6 nüvəlidir. Yəni faktiki olaraq yeni prosessorun GPU performansının artımı sadəcə bir nüvənin əlavə edilməsi ilə məhdudlaşıb. Görünür, Apple öz yeni mobil prosessorunun arxitekturasında heç bir dəyişiklik etməyib. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...