
Apple AirPods-un şarj keysini iPod ilə Apple Watch analoquna çevirməyi planlaşdırır
Elm & Texnologiya
04.04.2023
Emil
ABŞ patentləşdirmə agentliyi Apple şirkətinin növbəti patent sorğusu barəsində məlumatları təqdim edib. Şirkətin yeni patent sorğusu naqilsiz qulaqlıq üçün nəzərdə tutulmuş qeyri-adi şarj keysini əhatə edir. Patent sənədlərinə əsasən şirkət ekrana sahib bu cür keysi bir növ iPod ilə Apple Watch-un birləşmiş versiyasına çevirmək niyyətindədir. Patent sənədlərində keys konstruksiyasının variantları və ondan istifadə ssenariləri əks olunub. Apple şirkətinin planına əsasən keysin ön panelində sensorlu ekran, gövdəsində isə Taptic Engine modulu ola bilər. Nəzəri cəhətdən keysin ekranı vasitəsilə aşağıda sadalanmışları reallaşdırmaq olar.
- Musiqilərin, audio kitabların və videoların oynadılmasının idarəsi
- Hava proqnozunun öyrənilməsi
- Siri ilə qarşılıqlı əlaqə
- Smartfona gəlmiş bildirişlərin oxunması
- Apple Maps-dən istifadə.
Patentə əsasən Siri-ni təkcə sensorlu ekran vasitəsilə deyil həmçinin keysi cibdən çıxartmadan da aktivləşdirmək olar. Bunun üçün sadəcə olaraq keysin gövdəsini bir qədər sıxmaq lazım gələcək. Bu cür imkanlar ilə kompakt ölçülər vasitəsilə keys özündə media player və smart saat özəlliklərini birləşdirə bilər. Lakin naqilsiz qulaqlıq üçün nəzərdə tutulmuş bu cür şarj keysinin nəticədə hazırlanıb-hazırlanmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər