main-post-cover

    Apple AirPower naqilsiz şarj stansiyasının prototipinin real fotoları sızdırıldı

    Elm & Texnologiya
    19.06.2020
    Emil Nəcəfov
        4 ay bundan qabaq məlumat ortaya çıxmışdı ki, Apple şirkəti naqilsiz şarj stansiyası olan AirPower cihazı üzərində işləri yenidən bərpa edib. İndi isə bu cihazın real fotoları ortaya çıxıb. AirPower-in real fotoları məşhur insayder Jon Prosser tərəfindən təqdim olunub. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş fotolarda AirPower şarj stansiyasının C68 nömrəli prototipi əks olunub.
        İnsayder qeyd edib ki, şarj stansiyasının əvvəlki prototipləri Apple Watch smart saatını eyni anda digər cihazlarla birlikdə şarj edə bilmirdi. Lakin cihazın yeni prototipi bu prosesi reallaşdıra bilir. Təəssüflər olsun ki, AirPower-in özəllikləri barəsində bir məlumt yoxdur. Dəqiq şəkildə demək olar ki, yaxın müddətdə AirPower-i gözləmək laızm deyil.
        Əgər hər şey plan üzrə getsə onu sentyabr ayında iPhone 12 seriyası ilə birlikdə təqdim edə bilərlər. Qeyd etmək lazımdır ki, Apple şirkəti sözügedən şarj stansiyasını hələ 2017-ci ildə təqdim etmişdi. Lakin şirkət hər dəfə onun satışa çıxmasını təxirə salırdı. Belə ki, cihaz bir sıra texniki problemlərə sahib idi. 1 il bundan öncə şirkət ümumiyyətlə AirPower layihəsini ləğv etdi. Yalnız bir neçə ay bundan öncə məlum oldu ki, şirkət yenidən bu məhsul üzərində çalışır.
    Linki kopyala