
Apple AirTag 2 axtarış trekeri üzərində çalışır
Elm & Texnologiya
03.08.2023
Apple şirkəti itmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş AirTag axtarış trekerini 2021-ci ildə təqdim etmişdi. İndi isə görünür, şirkət onun yeni versiyası üzərində çalışır. Söhbət, AirTag 2-dən gedir. Bu məlumatı məşhur analitik Ming-Chi Kuo təqdim edib. Onun sözlərinə əsasən şirkət Apple AirTag 2-nin kütləvi istehsal prosesinə 2024-cü ilin sonunda start verə bilər. Burdan da belə qənaətə gəlmək olar ki, Apple AirTag 2-ni yalnız 2025-ci ilin əvvəlində gözləmək lazımdır. Analitikin fikrincə AirTag 2-nin əsas fərqləndirici özəlliklərindən biri də onun qarışıq reallıq cihazı olan Vision Pro ilə sıx inteqrasiyası ola bilər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...