
Apple artıq lider deyil
Elm & Texnologiya
07.05.2017
Farid
Apple ilə Samsung arasında illərdir davam edən rəqabətdə yeni pərdə açıldı.
Apple, vətəni Amerika'da belə satışlarda düşüşə keçdiyindən bəri özünə gələ bilmir. iPhone 6 ilə başlayan düşüş, iPhone 6S ilə də davam etdi. İstədiyi rəqəmlərə heç cür çata bilməyən firmanın qarşısına indi də Samsung'un Amerika'da artan populyarlığı çıxıb. Bununla da mobil telefon sektorundakı liderliyi an etibarilə Samsung firmasına vermiş sayılır. Təbii ki, bunda Samsung Galaxy S7'yə olan böyük tələbatı da əlavə etsək, bu vəziyyətin hələ bir müddət də davam edəcəyini söyləyə bilərik.
Samsung, Amerika'dakı mobil telefon satış həcmini 28.8%'ə çıxarıb. Əlbəttə Apple iPhone 7'ə olan marağı da nəzərə alsaq bir neçə aydan sonra bu vəziyyət dəyişə bilər. Amma görünən odur ki, Apple'ın yeni modellər üçün daha çox fikirləşməsi və yenilikçi məhsullar təqdim etməsi şərtdir.Paylaş
Bənzər xəbərlər