main-post-cover

    Apple Beats Fit Pro adlı yeni naqilsiz qulaqlıqları təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    01.11.2021
    Emil Nəcəfov
        Apple şirkəti Beats Fit Pro adlı yeni naqilsiz qulaqlıqları təqdim edib. Sözügedən qulaqlıqlar Apple H1 prosessoru ilə təchiz olunublar, ətraf səs-küyün boğulması sisteminə sahibdirlər, Siri səsli köməkçisini dəstəkləyirlər və bir neçə müddət bundan öncə təqdim edilmiş AirPods 3-ün funksiyalarını dəstəkləyirlər. Apple bildirib ki, Beats Fit Pro həmçinin Bluetooth vasitəsilə Android smartfonlara da qoşulur. Sözügedən yeni qulaqlıqların konstruksiyalarında xüsusi bərkidici hissə mövcuddur. Həmin bərkidici hissə sayəsində Beats Fit Pro istifadəçi qulaqlarından hətta aktiv idman zamanı da düşməyəcək. Bununla belə bərkidici hissə qulaqlığın ayrılmaz hissəsidir. Yəni onu gövdədən ayırmaq mümkün deyil.
        Yeni qulaqlıqların gövdələri həmçinin IPX4 standartı üzrə nəmişlikdən qorunurlar. Bu qulaqlıqlar 9.5 düym-lük drayverlər ilə təchiz olunublar və həmçinin həcmli səsləndirməni təmin edirlər. Telefon zəngləri zamanı qulaqlıqların mikrofonları tamamilə istifadəçinin səsinə fokuslanırlar və eyni anda ətrafdakı səs-küyü boğurlar. Bunun sayəsində telefon danışığında iştirak edən ikinci şəxsin səsi daha aydın eşidilir. Yaxın zamanda isə Beats Fit Pro ətraf səsləndirmə rejimini həmçinin qrup zənglərində və FaceTime tətbiqində əldə edəcək. Apple şirkətinin sözlərinə əsasən Beats Fit Pro-nun əsas özəlliyi ANC adlı funksiyadır.
        Bu funksiya elə ayarlanıb ki, o, xarici küyü saniyədə 200 dəfə analiz edir və bunun əsasında istifadəçi üçün ən komfortlu səsləndirməni təmin edir. Ətraf səs-küyün aktiv boğulmasından əlavə olaraq Beats Fit Pro şəffaflıq rejimini də dəstəkləyir. Bu iki funksiya deaktiv olduğu zaman Adaptive EQ texnologiyası işə düşür. Sözügedən texnologiya istifadəçinin eşitmə kanalının formasına əsasən səsi adaptasiya edir. ANC funksiyası ilə şəffaflıq rejiminin aktiv olduğu halda Beats Fit Pro 6 saat ərzində çalışır. Bu halda xüsusi şarj keysi vasitəsilə qulaqlıqların çalışma müddətlərini 21 saata kimi yüksəltmək olar. Adaptive EQ texnologiyasının aktiv olduğu halda isə qulaqlıqlar 7 saat, şarj keysi ilə birlikdə isə 27 saat çalışa bilirlər. Beats Fit Pro-nu artıq 200$ qiymətində ön sifariş etmək olar.
    Linki kopyala