Logo
    main-post-cover

    Apple Beats Studio Buds+ naqilsiz qulaqlığının təqdimatına hazırlaşır

        Apple şirkəti Beats Studio Buds+ naqilsiz qulaqlığının təqdimatına hazırlaşır. Belə ki, verilmiş məlumata əsasən sözügedən qulaqlıq ABŞ-ın FCC agentliyində artıq sertifikatlaşdırmadan keçib. Bu isə o deməkdir ki, naqilsiz qulaqlığın təqdimatı çox yaxındır. Beats Studio Buds+ qulaqlığının iyun ayında keçiriləcək WWDC 2023 konfransında təqdim ediləcəyi istisna edilmir. Son məlumat sızıntılarına əsasən yeni naqilsiz qulaqlıq xarici görünüşcə Beats Studio Buds-dan heç də fərqlənməyəcək. Bununla belə Beats Studio Buds+ yenilənmiş şəffaf rejimi və ətraf səs-küyün boğulması üzrə yaxşılaşdırılmış sistemi əldə edəcək. Beats Studio Buds kimi yeni naqilsiz qulaqlığın da MediaTek prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple Beats Studio Buds+ naqilsiz qulaqlığının təqdimatına hazırlaşır | Technote