Logo
    main-post-cover

    Apple Beats Studio Pro naqilsiz qulaqlığı satışa çıxmağa hazırlaşır

        1 ay bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti Beats Studio Pro adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır. Görünür, sözügedən yeni naqilsiz qulaqlığın satışa çıxması artıq çox yaxındır. Belə ki, Beats Studio Pro ABŞ-ın FCC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, naqilsiz qulaqlıq yaxın zamanda satışa çıxacaq. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən naqilsiz qulaqlıq A2924 model nömrəsinə sahibdir. Son məlumat sızıntılarına əsasən o, Beats Studio 3 qulaqlığının yaxşılaşdırılmış versiyası olacaq. Beats Studio Pro özündə yeni prosessoru, ətraf səs-küyün boğulması üzrə yaxşılaşdırılmış sistemi və şəffaf rejimi birləşdirməlidir.
    Paylaş
    Bənzər xəbərlər