
'Apple' bilərəkdən mi köhnə model iPhone-ları zəiflədir? Uydurma yoxsa reallıq?
Elm & Texnologiya
08.10.2017
Emil
Futuremark şirkəti, “Apple”ın, hər dəfə yeni iOS versiyası sayəsində köhnə model iPhone modellərinin bilərəkdən texniki göstəricilərini zəiflətməsi şaiyəsini yoxlayıb.
Həmin şaiyələrə əsasən şirkət,
hiyləyə əl ataraq, istifadəçilərin, yeni model iPhone cihazlarını daha aktiv
almaları üçün şərait yaradır. Bununla belə bu bir neçə il ərzində sözügedən
şaiyə yoxlanılmayıb. Buna görə də “Futuremark”, 2015-ci ildən bəri 3Dmark adlı benchmark
saytında olan qeydlər əsasında öz istintaqını aparıb. Tədqiqatda benchmark-ın, 7
iPhone modelində və 3 iOS versiyasında apardığı testlərin 100.000 nəticələri
iştirak edib.

Nəticə etibarilə "Futuremark” hətta 2013-cü ildə təqdim olunmuş
iPhone 5S modelində də “Apple” şirkətini hansısa dələduzluqda ittiham edə bilməyib.
Belə ki, sözügedən iPhone 5S modelindəki texniki göstəricilər sadəcə cüzi
miqdarda zəifləyib. Səbəbi isə yeni versiya iOS sistemindədir. Belə ki, yeni
versiya iOS ilə yanaşı həmdə yeni funksiyaların aktiv olması səbəbilə
smartfonun gücü daha çox sərf olunur. iPhone 6, iPhone 6S və iPhone 7 ilə olan
hallarda da nəsə yanlış bir şey aşkar edilməyib.

Bu cihazların prosessorlarının
və qrafik sürətləndiricilərinin gücləri, iOS 9 vaxtlarından dəyişilməz olaraq
qalıb. Sonda “Futuremark” bildirib ki, “Apple”, keçmiş modellərin dəstəklənməsi
baxımından yaxşı iş görüb. Bununla yanaşı, tətbiq yaradıcıları çox zaman öz tətbiqlərini,
yeni model smartfonlar əsasında qururlar. Buna görə də keçmiş modellərdə sürət
bir qədər azalır. Həmçinin mütəxəssislər belə hallarda psixoloji faktoru da səbəb
kimi göstəriblər. Belə ki, istifadəçi öz cihazının zəiflədiyinə məhz yeni
cihazın satışa çıxması halında fikir verir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
