Apple bir neçə köhnə iPhone ilə yanaşı 2 aksesuarının da satışlarını dayandırıb

Apple bir neçə köhnə iPhone ilə yanaşı 2 aksesuarının da satışlarını dayandırıb

Texnologiya
13.09.2023 PAYLAŞIM

    Apple şirkəti iPhone 15 smartfon seriyasının təqdimatından sonra bir neçə köhnə iPhone modelinin satışlarını rəsmi şəkildə dayandırdı. Onların arasında həmçinin iPhone 13 mini smartfonu da var. Beləliklə şirkət iPhone mini seriyası ilə vidalaşmış oldu. Lakin məlum olub ki, bir neçə köhnə iPhone modeli ilə yanaşı Apple həmçinin iki aksesuarının da satışlarını dayandırıb. Söhbət, MagSafe Battery Pack batareyasından və MagSafe Duo Charger adapterindən gedir.

    Bu iki aksesuarı artıq Apple şirkətinin rəsmi saytında sifariş etmək mümkün deyil. Üstəlik şirkət bu aksesuarları əhatə edən veb səhifələri də öz saytından silib. Qeyd etmək lazımdır ki, həm MagSafe Battery Pack batareyası həm də MagSafe Duo Charger adapteri Lightning girişi ilə təchiz olunurdu. Buna görə də şirkətin onların satışlarını rəsmi şəkildə dayandırması heç də təəccüblü deyil. Hələ keçən il məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, MagSafe Battery Pack batareyası USB-C girişinə keçid edəcək. Lakin bunun nə zaman baş verəcəyi və ümumiyyətlə baş verib-verməyəcəyi dəqiq bilinmir.




DAHA ÇOX


Google Fitbit Charge 6 smart qolbağını təqdim edib - QİYMƏTİ

Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözüged..


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..

×