
Apple bu il M3 prosessorlu yeni Mac kompüterlərini təqdim edəcək
Elm & Texnologiya
17.07.2023
Emil
Apple şirkəti hələ keçən ay WWDC 2023 konfransı çərçivəsində M2 Max və M2 Ultra prosessorları vasitəsilə çalışan Mac Studio kompüterini və M2 prosessoru ilə 15.3 düym ekrana sahib yenilənmiş MacBook Air noutbukunu təqdim etmişdi. Bu ilin payız fəslində isə M3 prosessorlu yeni Mac kompüterlərinin təqdim olunacağı gözlənilir. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın proqnozlarına əsasən Apple bu ilin sentyabr ayında iPhone 15 smartfonlarını, Apple Watch Series 9 və Apple Watch Ultra 2 smart saatlarını təqdim edəcək.
Oktyabrda isə şirkət yeni Mac kompüterlərinin təqdimatlarını reallaşdıracaq. Çox güman ki, söhbət, yenilənmiş iMac-dan, 13 düym ekranlı MacBook Air-dən və MacBook Pro-dan gedir. Bu 3 kompüterin yenilənmiş versiyalarının M3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. M3 prosessoruna gəldikdə isə onun istehsalında 3 nanometrlik texnoloji prosesə keçid səbəbilə prosessorun ümumi performans və enerji effektivliyi göstəricilərə yüksəlməlidir.
Paylaş
Bənzər xəbərlər