main-post-cover

    Apple bu il WWDC 2023-də hansı yeni məhsulları təqdim edəcək?

    Elm & Texnologiya
    17.04.2023
    Farid Pardashunas
        Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2023 konfransını 5 iyundan 9 iyuna kimi keçirəcək. Şirkət adətən bu konfrans çərçivəsində öz əməliyyat sistemlərinin yeni versiyalarından əlavə olaraq bəzi yeni cihazlarını da təqdim edir. Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple şirkətinin bu ilki WWDC-də hansı məhsulları təqdim edəcəyi barəsində məlumat verib. Beləliklə Gurman-ın sözlərinə əsasən WWDC 2023 konfransında təqdim ediləcək əsas yeni məhsul şirkətin ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı olacaq.
        Gözləntilərə əsasən şirkətin MR cihazı Reality Pro adını əldə edəcək. Bununla yanaşı Apple MR cihazın sahib olacağı əməliyyat sistemini də təqdim edəcək. Onun ya xrOS ya da realityOS adlanacağı güman edilir. Konfrans çərçivəsində yeni MacBook modellərinin də təqdim ediləcəyi istisna edilmir. Ən çox da yeni MacBook Air modeli gözlənilir. Təbii ki, şirkət öz əməliyyat sistemlərinin yeni versiyalarına da diqqət ayıracaq. Gurman bildirib ki, şirkət iOS 17, macOS 14, iPadOS 17 watch0S 10-u təqdim edəcək. Təqdim ediləcək bu əməliyyat sistemləri arasında ən böyük dəyişikliyə isə watchOS 10-un sahib olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər