Logo
    main-post-cover

    Apple bu ilin sonuna kimi hansı yeni məhsulları təqdim edəcək?

        Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple şirkətinin yeni məhsullarının yol xəritəsi barəsində məlumat verib. Onun sözlərinə əsasən bu ilin payız fəslində istifadəçilər iPhone 15 smartfonları ilə yanaşı həmçinin Apple Watch 9 smart saat seriyasını və Watch Ultra 2 smart saatını gözləyə bilərlər. İnsayder bildirib ki, M3 prosessoruna sahib olacaq yeni MacBook ilə MacBook Pro bu ilin sonuna və ya gələn ilin əvvəlinə gözlənilir. Məlumata əsasən Apple hal hazırda həmçinin 24 düym ekrana və 30 düym-dən daha böyük ölçülü ekrana sahib olacaq yeni iMac-lar üzərində çalışır.
        30 düym-dən daha böyük ölçüyə sahib olacaq iMac modeli öz növbəsində iMac Pro-nun çoxdan gözlənilən davamçısı ola bilər. İnsayder bildirib ki, sözügedən iMac modeli hələ ilkin hazırlanma mərhələsindədir. Buna görə də onun M3, M3 Pro, M3 Ultra və ya digər prosessora sahib olacağı bilinmir. Gurman əlavə edib ki, yeni iPad planşetləri gələn il üçün planlaşdırılır. Söhbət, OLED ekrana sahib olacaq iPad Pro-dan və yeni iPad Air modelindən gedir. AirPods Pro 3 isə ilkin hazırlanma mərhələsindədir. Böyük ehtimal ilə o, gələn il təqdimm olunacaq.
    Paylaş
    Bənzər xəbərlər