main-post-cover

    Apple bütün cihaz və aksesuarlarında Lightning girişi ilə vidalaşacaq

    Elm & Texnologiya
    19.09.2023
    Emil Nəcəfov
        Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple özünün Lightning girişindən bütün cihazlarda vidalaşmaq və onu USB-C ilə əvəz etmək niyyətindədir. Bununla belə şirkətin bəzi məhsullarında bunun reallaşdırılmasını bir qədər gözləmək lazım gələcək. Keçən həftə təqdim edilmiş iPhone 15 smartfon seriyasına daxil olan bütün modellər USB-C-yə keçid etdilər. Eyni zamanda şirkət USB-C dəstəkli şarj keysinə sahib AirPods Pro 2-ni də təqdim etdi. Buna baxmayaraq şirkətin portfoliosunda Lightning girişinə hələ də sahib olan cihazlar və aksesuarlar mövcuddur.
        Gurman bildirib ki, M3 prosessoruna sahib olacaq yenilənmiş iMac modeli USB-C girişinə sahib Magic Mouse, Magic Trackpad Magic Keyboard ilə təklif ediləcək. Bununla yanaşı gələn il USB-C dəstəkli AirPods 4-ü gözləmək olar. Eyni dəyişiklik həmçinin AirPods Max qulaqlığını da gözləyir. Lakin Gurman AirPods Max 2-nin nə zaman təqdim olunacağını bilmir. İnsayder əmindir ki, şirkət MagSafe Battery Pack adlı xarici batareyanın və MagSafe Duo Charger adlı şarj adapterinin satışlarını bərpa edəcək. Çünki onlar da USB-C dəstəyinə sahib olacaqlar. Beləliklə Apple şirkətinin bütün cihazlarında və aksesuarlarında Lightning girişi əvəzinə USB-C istifadə ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər