
Apple, bütün mağazalarını bağlayır: Səbəb koronavirus
Elm & Texnologiya
14.03.2020
Nijat
Dünya nəhənglərindən olan Apple, işçilərin təhlükəsizliyini təmin edə bilmək üçün 27 martdan etibarən bütün mağazalarını bağlayır. 2019-cu ilin dekabr aylarında ortaya çıxan virus hal-hazırda bütün sektorlara öz təsiri etməyə davam edir. Apple CEO-su Tim Cook dünən mediaya verdiyi məlumatda bütün Apple mağazalarının bağlanacağını bildirdi.
Böyük Çin xaric dünya üzərindəki bütün Apple mağazaları bağlanacaq. Həmçinin Apple WWDC konfransı da ləğv olundu.

Apple hər il keçirdiyi Worldwide Developers Conference (WWDC) tədbirini də ləğv etdi. Google və Facebook-un öz tədbirlərini ləğv etdiklərini bəyan etdikdən sonra Apple da tədbiri fiziki olaraq keçirməmək qərarına gəldi. Apple da digər şirkətlər kimi internet üzərindən online şəkildə tədbiri keçirəcək. Ümid edirik ki, qısa zamanda Koronavirus bəlası bütün dünya üzərindən çəkilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
