main-post-cover

    Apple Card servisi qadınların diskriminasiyasında günahlandırılıb

    Elm & Texnologiya
    11.11.2019
    Farid Pardashunas
        Nyu Yorkun maliyyə xidmətləri üzrə departamenti Apple Card kartı üzrə təyin olunan kredit limitləri məsələsində qadınlara qarşı olan diskriminasiya şikayətləri səbəbilə Goldman Sachs investisiya bankını yoxlayacaq. Qeyd etmək lazımdır ki, Apple Card layihəsi Apple şirkəti ilə Goldman Sachs investisiya bankının birgə layihəsidir. Bu barədə Bloomberg saytı xəbər verib. Ruby proqramlaşdırma dilində yazılmış Ruby on Rails adlı framework-un yaradıcısı David Hansson və Apple şirkətinin həmtəsisçisi olmuş və 1987-ci ildə şirkətdən ayrılmış Steve Wozniak Apple Card servisindən şikayətləniblər.
        Hansson ilə Wozniak-ın həyat yoldaşları Apple Card üzrə öz kredit limitlərinin yoldaşlarından daha aşağı olması problemi ilə qarşılaşıblar. Halbu ki, onların hamısının kredit tarixçələri eynidir. “Apple Card çox seksist servisdir. Mən həyat yoldaşımla çoxdan bəri evliyəm və biz birlikdə vergiləri ödəyir və daşınmaz əmlak üzrə eyni hüquqlara sahibik. Lakin Apple Card-ın anlaşılmayan alqoritmi mənim həyat yoldaşımla müqayisədə mənə 20 dəfə daha çox kredit limiti təyin edir. Bu məsələ ilə bağlı şikayətlər bir nəticə vermədi” - deyə David Hansson bildirib. O həmçinin əlavə edib ki, onun həyat yoldaşı kredit üzrə bütün ödənişləri edən zaman Apple Card növbəti haqq-hesab vaxtına kimi ona yeni ödənişləri etməyə icazə vermir.
        Steve Wozniak isə bildirib ki, onun və həyat yoldaşının eyni bank hesablarının olmasına baxmayaraq həyat yoldaşından fərqli olaraq o, 10 dəfə daha yüksək kredit limitinə sahibdir. Nyu Yorkun maliyyə departamenti isə öz növbəsində bildirib ki, onlar Apple Card ilə Goldman Sachs-ı yoxlayacaqlar. Bank qeyd edib ki, bir ailənin üzvlərinin müxtəlif səviyyədə kredit limitləri ola bilər və bu, gender diskriminasiya ilə əlaqəli deyil. Apple şirkəti isə müştərilərin fərdi şikayətlərinə fikir bildirməkdən imtina edib. Bundan əlavə olaraq Hansson qeyd edib ki, bu məsələ ilə bağlı daha çox ictimai diqqəti cəlb edəndən sonra bank heç bir sənəd tələb etmədən onun həyat yoldaşının kredit limitini yüksəldib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər