main-post-cover

    Apple CEO-su Tim Cook Vision Pro-nun satış qiyməti barəsində fikirlərini söyləyib

    Elm & Texnologiya
    08.06.2023
    Farid Pardashunas
        WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı Apple şirkətinin ən bahalı cihazlarından biri oldu. Bu isə öz növbəsində istifadəçilər arasında müzakirələrə və mübahisələrə səbəb oldu. Belə ki, heç də bütün istifadəçilər Apple Vision Pro-nu əldə etmək imkanına sahib deyillər. Apple şirkətinin CEO-su Tim Cook bu məsələ ilə bağlı fikirlərini Good Morning America-ya müsahibəsində dilə gətirib. “Düşünürəm ki, insanlar sahib olduqları aktual maliyyə vəziyyətləri və digər faktorlara əsasən müxtəlif seçimlər edəcəklər” - deyə Tim Cook qeyd edib.
        Bununla yanaşı o qeyd edib ki, Vision Pro üçün 3500$-lıq satış qiyməti tamamilə əsaslandırılmış və məntiqlidir. Belə ki, Vision Pro-nun layihələşdirilməsi və onda istifadə edilən aparıcı texnologiyalar sözün əsl mənasında əladırlar. “Siz hər bir göz üçün 4K-dən daha yüksək görüntü keyfiyyətini əldə edirsiniz. Təbii ki, bu, pulsuz deyil. Bu, müəyyən vəsaitləri tələb edir. Lakin mən düşünürəm ki, bu çox yaxşı qiymət göstəricisidir” - deyə Tim Cook əlavə edib. Apple şirkətinin Vision Pro adlı tamamilə yeni cihazı gələn ilin əvvəlində ilk növbədə ABŞ-da satışa çıxacaq. Müəyyən müddətdən sonra isə digər regionlarda da satışlara start veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər