'Apple' cihazlarla əl ilə uzaqdan idarə texnologiyasının patentini aldı

'Apple' cihazlarla əl ilə uzaqdan idarə texnologiyasının patentini aldı

Texnologiya
03.03.2018 PAYLAŞIM

“Apple” şirkəti sistemin interfeysini ekrana toxunmadan əl ilə idarə etməyə imkan verəcək xüsusi texnologiyanın patentini əldə edib.

    Bu texnologiyaya əsasən sistemin interfeysini idarə etmək üçün sadəcə olaraq əl ilə havada hərəkət etmək lazım olacaq. Patent sorğusunda istifadəçinin bədənini və ya hansısa bədən hissəsini təyin edərək onu sistem əmrinə çevirən kamera barəsində məlumat əks olunub. Bu cür kamera bədən hissələrinin istiqamətini və sürətini təyin edə biləcək. Çox güman ki, cihazlarla qarşılıqlı əlaqənin yeni üsulu artıq varolan TrueDepth kamera sistemləri üçün bir əlavə özəllik olacaq.



    Hal-hazırda həmin kamera sistemləri istifadəçi üzünün əzələlərinin hərəkətlərini təyin etmək üçün istifadə olunur. Bu isə Face ID texnologiyası və Animoji funksiyası üçün nəzərdə tutulub. Təbii ki, şirkətin bu texnologiyanı nə zaman və ya ümumiyyətlə nə vaxtsa reallaşdıracağı bilinmir. Lakin nəzərə alsaq ki, şirkət artıq üzün 50-ə yaxın əzələsinin hərəkətini təyin etməyi bacaran kamera sistemi yaradıb, TrueDepth kamera sistemləri vasitəsilə yaxın zamanda cihazlarla yeni əlaqə üsulları reallaşdırıla bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×