Apple'dan daha tez: Xiaomi Mi Pad 4 istifadəçi üzünün skan texnologiyasına sahib ilk planşet olacaq
Elm & Texnologiya
22.06.2018
Farid Pardashunas
Görünür, Xiaomi şirkətinin 25 İyun
tarixində təqdim edəcəyi Mi Pad 4 adlı yeni planşeti Apple iPad-də
reallaşdırılması hələ planlaşdırılan istifadəçi üzü skanı texnologiyasına
sahib olacaq. Hələki tam olaraq aydın deyil ki, planşetlərə həqiqətənmi bu
texnologiya lazımdır yoxsa yox? Hər halda əgər Apple bu cür texnologiyanı öz
planşetlərində reallaşdırmağı planlaşdırırsa deməli Xiaomi şirkəti onu
qabaqlamalıdır. Bunu həmçinin istehsalçının təqdim etdiyi yeni reklam posteri də
təsdiq edib.
Çox güman ki, şirkət Mi Pad 4-də flaqman smartfon modeli Mi 8-in
sistemini reallaşdıracaq. Şirkətin verdiyi məlumata əsasən Mi 8 modelindəki
istifadəçi üzünün skan texnologiyası iPhone X-dəki TrueDepth kamerasından daha
sürətli və etibarlı çalışır. Bundan əlavə olaraq məlumdur ki, Mi Pad 4
Snapdragon 660 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı bir sıra məlumatlara
əsasən planşet 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 13 MP-lik arxa kamera, 5
MP-lik ön kamera və 6000 mAhe enerji tutumlu batareyaya sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək