Apple-dan sonra Microsoft şirkəti də Intel prosessorlarından imtina edəcək
Elm & Texnologiya
21.12.2020
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə Apple şirkəti Intel prosessorlarından imtina edərək yeni MacBook modellərində fərdi ARM prosessorlarının istifadəsinə qərar vermişdi. Ortaya çıxmış yeni məlumata əsasən Microsoft şirkəti də bu cür yolla getməyə hazırlaşır. Bu barədə Bloomberg saytı xəbər verib. Verilmiş məlumata əsasən Microsoft yaxın gələcəkdə Intel və Qualcomm prosessorlarından imtina edərək fərdi ARM proessorlara keçid edəcək. Microsoft-un fərdi ARM prosessorları ilə Surface seriyasının noutbuk və smartfonları, o cümlədən həmçinin Azure bulud servisinin serverləri də təchiz oluna bilərlər.
Məlumatda qeyd edilib ki, bunun üçün Microsoft, Intel, AMD və Nvidia şirkətlərinin keçmiş əməkdaşlarını bu işə cəlb edib. Həmçinin şirkət mikrosxemlərin istehsalı üçün nəzərdə tutulmuş ayrıca şöbə də yaradıb və həmin şöbəyə Microsoft Azure biznesinin rəhbəri Jason Zander rəhbərlik edir. Microsoft şirkətinin öz ilk ARM prosessorlarını nə zaman təqdim edəcəyi və hansı sayda cihazın bu prosessorları əldə edəcəyi bilinmir. Maraqlısı ondadır ki, bu ilin son maliyyə dövründə Intel şirkətinin səhmlərinin qiymətləri 6.3% aşağı düşüb. Ümumilikdə isə artıq bitən 2020-ci il ərzində şirkətin səhmlərinin qiymətləri 21% aşağı düşüb.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!