main-post-cover

    Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir xidmətini işə sala bilər

    Elm & Texnologiya
    24.11.2021
    Farid Pardashunas
        Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xiaomi şirkəti də təqdim edə bilər. Belə ki, şirkətin rəsmi Twitter hesabında yaxın zamanda baş verəcək sadələşdirilmiş servis prosesləri barəsində mesaj ortaya çıxıb. Görünür, söhbət, Xiaomi məhsulları üçün nəzərdə tutulmuş ehtiyat hissələrinin istifadəçilər tərəfindən alınmasından gedir. Şirkətin Hindistan şöbəsinin bloqunda Xiaomi Cares adlı yeni proqram barəsində məlumat ortaya çıxıb. Şirkət sözügedən proqram barəsində ətraflı məlumatı daha sonra verəcəyini qeyd edib.
        Xiaomi təmsilçilərinin sözlərinə əsasən həmin proqram cihazların xidmətlərini və dəstəklənmələrini sadələşdirəcək. İnsayderlərin fikirlərinə əsasə şirkət adi istifadəçilərə lazımi ehtiyat hissələrini və təmir üzrə təlimatları satmağı planlaşdırır. Bunun olacağı halda Xiaomi istifadəçiləri öz cihazlarını fərdi şəkildə təmir edə biləcəklər. Şirkət yeni proqramın test versiyasını Hindistanda işə salacaq. Əgər xidmət yüksək tələbata sahib olarsa, ondan digər ölkələrin istifadəçiləri də istifadə edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər