main-post-cover

    'Apple'dan ultra büdcəli iPad modeli gəlir

    Elm & Texnologiya
    02.12.2017
    Farid Pardashunas
    Çinin DigiTimes adlı saytı “Apple” şirkətindəki mənbələrinin məlumatlarına istinadən maraqlı xəbər verib.
    Belə ki, xəbərə əsasən şirkət insanların planşetlərə maraqlarını artırmaq üçün ultra büdcəli iPad modeli üzərində çalışır. Bu ilin Mart ayında şirkət 9.7 inç ekrana və 329$ qiymətə sahib iPad modelini təqdim etməklə bir çoxlarını təəccübləndirmişdi. Hamı bu cür sürprizi heyranlıqla qarşıladılar. Məlumata əsasən bu cür reaksiya şirkətdən yan keçmədi və indi o, büdcəli planşetlər seriyası üzərində çalışır. DigiTimes-ın verdiyi məlumata əsasən təqdim olunacaq yeni büdcəli iPad modelinin qiyməti 259$-dan başlayacaq.
    Beləliklə şirkət planşetlərin yüksək funksiyalı oyuncaq kimi deyil, işlək alət kimi qəbul olunan özəl və təhsil sektorunda rəqabət aparmaq istəyir. Cihazın texniki göstəriciləri barəsində heç bir məlumat verilməsə də, digər bir mənbənin məlumatına əsasən yeni iPad seriyası barmaq izi skanı texnologiyasından məhrum olacaq. Həmin vaxtda kimi şirkət Face ID texnologiyasını yayaraq onun tətbiqini ucuzlaşdıracaq. Buna görə də iPhone X-in əsas özəlliklərindən birinin yeni iPad modelində olacağını gözləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər