Logo
    main-post-cover

    Apple ekran texnologiyasın Samsung-un istəyi ilə dəyişir.

    AppleSamsung mobil cihaz bazarında rəqabətdə lider olan iki firmadır. Daima bu iki şirkət arasında gərgin mübarizə gedir. Lakin hamımızın bildiyi kimi Samsung Apple-ın əsas tədarükçülərindən biridir. Yəni istifadə etdiyimiz iPhoneların ekranları və prosessorlarını bir başa Samsung istehsal edir. Ötən günlərdə isə nə qədər gizli saxlanılmağa çalışılsada Samsung Apple-a yeni ekran texnologiyasına keçidi təklif etdiyi məlum olub. Beləki, hazırda istehsal olunan iPhoneların ekranları LED-dir. Apple Samsungun OLED təklifinə isti baxır və istisna deyil ki, növbəti iPhonelar OLED ekrana sahib olacaqlar. OLED ekranlar LED ekranlardan fərqli olaraq daha parlaq və şəffafdır. Daha bir üstünlüyü isə az enerji sərfiyyatıdır. Bu gedişlə Samsung növbəti iPhoneların ekranlarını OLED texnologiyası əsasında hazırlayacaq. Lakin Apple-ın OLED texnologiyasına keçidi 2018-ci ildə gözlənilir. Yəni biz OLED ekranları iPhone 8 modelində görə bilərik. Apple şirkətinin məhsulu olan Apple Watch-ların OLED ekrana sahib olması göstərirki, Apple bu məsələyə isti baxır.
    Paylaş
    Bənzər xəbərlər