main-post-cover

    'Apple', əldə avtomatik bağlanan Apple Watch saatının patentini aldı

    Elm & Texnologiya
    11.10.2017
    Farid Pardashunas
    “Apple” şirkəti, ABŞ-da, kəməri avtomatik şəkildə bağlanan Apple Watch saatlarının patentini əldə edib.
    Bu barədə xəbəri, Apple Insider verib. “Apple” tərəfindən alınmış patentdə qeyd olunur ki, saatlar üçün olan ənənəvi kəmərlər rahat deyil və əldə lazımi bağlanma səviyyəsini seçmək üçün bir qədər əziyyət çəkmək lazımdır. Kəmərin lazımi səviyyədə bağlanması baş verməyəndə isə Apple Watch-un sensorları düzgün şəkildə çalışmırlar. Bu problemi aradan qaldırmaq üçün şirkət, bir neçə texnoloji həll üsulu təklif edib.

    Həmin üsullarda saatlar, kəməri avtomatik şəkildə və ya istifadəçinin istəyinə uyğun olaraq bağlayır. “Apple”ın fikrincə məsələn, saat, kəməri, məftillin formasının xatırlanması və ya kəməri irəli sürüşdürən qaz və maye tutumlarının hesabına bağlaya bilər. Patentdə qeyd olunub ki, kəmərin sıxılma səviyyəsi, sensorlar vasitəsilə avtomatik və ya istifadəçi interfeysi sayəsində təyin oluna bilər. Digər böyük şirkətlərin patentləri kimi, bu patentin də sonunun necə olacağı bilinmir. “Apple” onu istifadə edə də bilər, etməyə də bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər