main-post-cover

    Apple elektromobilinin güman olunan çıxış tarixi barəsində məlumat verilib

    Elm & Texnologiya
    03.09.2021
    Emil Nəcəfov
        Digitimes saytı Apple şirkətinin elektromobili barəsində yeni məlumatlar verib. Saytın verdiyi məlumata əsasən şirkət bu layihə üzərində çalışmağa davam edir və artıq Yaponiyanın aparıcı avtomobil istehsalçıları ilə danışıqlar aparır. Bundan əlavə olaraq məlumatda Apple elektromobilinin güman olunan çıxış tarixi əks olunub. Məlumatda qeyd edilib ki, elektromobil istehsalı məsələsində Apple şirkətinin əsas partnyoru qismində Toyota şirkəti çıxış edə bilər. Gözlənitlərə əsasən artıq 3 ildən sonra Apple hazır elektromobili təqdim edəcək.
        Analitiklərin hesablamalarına əsasən şirkət hər il 100.000 elektromobil istehsal etməyi planlaşdırır. Elektromobillərdə Apple şirkətinin multimedia sistemi və sürücüyə yardım texnologiyası istifadə olunacaq. Bəzi məlumatlara əsasən daha öncədən Apple bir neçə ay ərzində bu məsələ ilə bağlı Kia Hyundai Motors şirkətləri ilə danışıqlar aparıb. Lakin bu şirkətlər arasındakı danışıqlar heç bir müsbət nəticə verməyiblər. Apple təmsilçiləri Apple Car ilə bağlı olan məlumatlara heç bir fikir bildirmirlər. Hələ bir neçə il bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti Titan kod adına sahib yeni layihə üzərində çalışır və bu layihə elektromobil ilə əlaqəlidir. Şirkət bu layihə üzərində 2014-cü ildən çalışır.
    Linki kopyala