
Apple elektromobillərin ön şüşələri üçün nəzərdə tutulmuş yeni texnologiyanı patentləşdirmək istəyir
Elm & Texnologiya
25.08.2023
Emil
ABŞ Əmtəə Nişanları və Patentləri Bürosu Apple şirkətinin yeni patent sorğusunu təqdim edib. Şirkətin yeni patent sorğusu elektromobillərin ön şüşələrində məlumatların əks olunması texnologiyasını əhatə edir. Patent sənədlərinə əsasən yeni nəsil artırılmış reallıq (AR) texnologiyası elektromobilin ön şüşəsi və ya digər şəffaf səth üzərində məlumatları əks etdirmək imkanına sahib olacaq.
Şirkət öz patent sorğusunda sözügedən texnologiya barəsində ətraflı məlumat verməsə də, çox güman ki, söhbət, proyeksiya texnologiyasından gedir. Sistemin imkanları arasında naviqasiya, hərəkət sürəti, sürücü tərəfindən görünməyən statik obyektlərin 3D təsvirləri və yol hərəkəti qaydaları barəsində məlumatların əks olunması var. Hal hazırda bu texnologiya yalnız kağız üzərində mövcuddur. Onun nəticədə şirkət tərəfindən hazırlanıb-hazırlanmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər