Logo
    main-post-cover

    "Apple" əməkdaşları nəyə görə Stiv Cobs-dan qorxurdular?

    "Apple” şirkətinin mərhum təsisçisi və CEO-su olmuş Stiv Cobs (Steve Jobs) şirkət məhsullarının hazırlanmasına böyük tələbləri ilə məşhur idi. Bu tələblərin içərisində hətta istənilən əməkdaşın istənilən vaxtda professional mövzular haqqında müzakirələrə açıq olması da var idi.

    Devid Blek öz şirkətini təsis etməmişdən qabaq 12 il ərzində "Apple”da çalışmışdır. Bu müdət ərzində o, bir sıra vəzifələrdə olmuşdur. Hal hazırda isə o "DB3 Innovation” konsaltinq şirkətində çalışır. Blek bildirib ki, o Cobs ilə o qədərdə çox ünsiyyətdə olmayıb. Lakin Cobs-un müəyyən yerdə olmasının əməkdaşlara necə təsir etməsindən xəbəri var. Məsələn Cobs ofis binasının daxili həyətinə nahar etməyə çıxanda şirkətin digər əməkdaşları nahara 15-20 dəqiqədən çox vaxt sərf etməməyə çalışırdılar. "Apple”da hər an cavablamağa hazır olmalı olduğun suallardan biri "Hal hazırda nə üzərində çalışırsan?” sualıdır. Blek şirkətdə işləyən müddətdə iş yoldaşlarından eşitdiyi bir neçə maraqlı hadisəni danışıb.
    Blek ilk öncə liftə Cobs ilə bir yerdə daxil olan ticarət nümayəndəsindən danışıb. Liftə daxil olandan sonra Cobs ondan hal hazırda nə üzərində çalışdığını soruşub. Ticarət nümayəndəsi isə öz növbəsində bütün gün ərzində əməliyyat sistemi satdığını qeyd edib. Bir vaxt isə Cobs həmin sualı stajçılardan birinə verib. Stajçı məhsulun keyfiyyətinin təmin olunması cavabını verəndə Cobs ondan "Sən niyə aşağı düşürsən? Sən öz iş yerinə qayıtmalısan” – deyə soruşub. Stajçının rənginin dəyişdiyi anda Cobs "Bu zarafatdır” – deyə bildirib. Kadrlar şöbəsindən olan bir stajçı qız isə bildirib ki, bir dəfə Cobs layihəni düz liftin içində təqdim etməyi ondan tələb etmişdi. "Apple” işçilərinin şəxsi məkanları yox idi. Hər halda Stiv Cobs yaxınlıqda olan müddətcə bu belə idi.
    Paylaş
    Bənzər xəbərlər