
"Apple" ən bahalı iPhone modeli üzərində çalışır
Elm & Texnologiya
07.05.2017
Farid
"FastCompany” şirkətinin mütəxəssisləri güman edirlər ki, növbəti iPhone modeli keçmiş modellərdən baha olacaq.
Onun güman olunan qiyməti isə 1000$-dan
çox olacaq. "Apple”a yaxın olan mənbələrin verdikləri məlumata görə yeni
çıxacaq iPhone, inqilabi dizaynı və ucuz olmayan komponentləri özündə birləşdirəcək.
Qiymət fərqi ən çox 5.8 inç OLED ekranlı iPhone modelində hiss olunacaq. Belə
ki, ənənəvi LCD ekran yerinə OLED növündən istifadə, smartfonun qiymətini
qaldıracaq. Bundan başqa qiymət göstəricisinin artımına həmçinin naqilsiz şarj
xüsusiyyəti də təsir edəcək. Qeyd etmək lazımdır ki, şirkətin ən bahalı
smartfonun adı iPhone X kimi qələmə verilir. Onun, 4.7 inç iPhone 8 və 5.5 inç iPhone 8 Plus modelləri ilə bir vaxtda satışa çıxarılması gözlənilir. Həmçinin
bir çox məlumatlara əsasən iPhone X-də 3D sensor texnologiyası olacaq. Həmin
texnologiya vasitəsilə smartfon, istifadəçini üz cizgilərinə görə tanıya biləcək.
Smartfonun korpusunun isə şüşədən olacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər