main-post-cover

    Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

    Elm & Texnologiya
    06.06.2023
    Farid Pardashunas
        Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib. Şirkətin verdiyi məlumata əsasən daha öncəki Apple M prosessorları ilə müqayisədə Apple M2 Ultra-da performans göstəriciləri diqqət çəkəcək dərəcədə yüksələcək. M2 Ultra 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 134 milyard tranzistoru birləşdirir. Apple bildirib ki, M2 Ultra 24 nüvəli mərkəzi prosessor, 76 nüvəli qrafik çipdən 32 nüvəli neyron prosessor ilə təchiz olunub. M1 Ultra-dan fərqli olaraq M2 Ultra-nın CPU tərəfi 20%, GPU tərəfi isə 30% daha sürətlə çalışır. Yeni prosessor 192 GB-a kimi olan RAM yaddaşını dəstəkləyir. Şirkətin sözlərinə əsasən M2 Ultra həmçinin eyni anda 6 ədəd Pro Display XDR monitoru ilə çalışa bilir. M2 Ultra-nı ilk əldə etmiş cihazlar yeni Mac Studio ilə Mac Pro olublar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər