main-post-cover

    'Apple' əyilə bilən smartfonlar yarışına daxil olur

    Elm & Texnologiya
    25.11.2017
    Emil Nəcəfov
    ABŞ-ın patentlər və ticarət nişanlarının qeydiyyatı agentliyi “Apple” şirkətinin yeni patent sorğusunu yayımlayıb.
    Həmin patentdə ekranı əyilə bilən smartfondan söhbət gedir. Günümüzdə mobil telefon bazarında əsas trendlərdən biri çərçivəsiz ekranlardır. Lakin bir çox şirkətlərin fikrincə növbəti innovasiyalı qərar məhz ekranı əyilə bilən smartfonlar olacaq. Görünür “Apple” öz rəqiblərindən geri qalmaq istəmir və buna görə də bu istiqamət üzrə öz tədqiqatlarını aparır. Yeni patent isə əyilə bilən iPhone barəsində təsəvvürlərin yaranmasına yardımçı olur.

    “Elektron cihaz elastik ekrana sahib ola bilər. Elastik ekran xüsusi sahəyə sahib olacaq hansı ki, smartfon bükülən zaman ekranın öz oxu ətrafında əyilməyinə imkan verəcək” – deyə patentdə qeyd olunub.
    Patentə əsasən Apple smartfonunu kitab kimi açıb-bağlamaq olacaq. Hal hazırda olan məlumatlara əsasən “Apple” “LG” şirkətinin elastik OLED ekranları və onların istehsalı üçün nəzərdə tutulmuş zavodun tikilməsinə investisiyalar yatırıb. Bununla yanaşı patentdə qeyd olunub ki, elastik ekran LCD, OLED microLED texnologiyaları əsasında hazırlana bilər. Qeyd etmək laızmıdr ki, iPhone X artıq “Samsung” istehsalı əyilmiş OLED ekranı özündə birləşdirir. Belə ki, bu modelin ekranı, çərçivələri kiçiltmək üçün korpusu bir qədər əymiş vəziyyətdədir.
    Linki kopyala